Hövzə Xəbər Agentliyi | Kolizey (Colosseum) qədim Romanın tarixi abidələrindən hesab edilən dairəvi bir tikilidir.
Roma 2000 il əvvəl dünyanın ən mühüm şəhərlərindən biri sayılırdı və Kolizey bu şəhərin ən gözəl və heyrətamiz tikilisi idi. Stadion formasında inşa edilmiş bu bina iki dəfə zəlzələ nəticəsində dağılsa da, 50 mindən çox tamaşaçı tutumuna malik olmuşdur.
Bu tikili sırf romalıların əyləncəsi və istirahəti üçün inşa edilmişdi. Lakin bu, idman stadionu deyildi. Əksinə, insanların və heyvanların öldürülməsi üçün nəzərdə tutulmuş bir məkan idi və bütün bunlar yalnız romalıların əylənməsi məqsədi daşıyırdı.
Qərb mənbələrinin öz etirafına görə, Kolizeydə yalnız əyləncə məqsədilə 500 mindən çox insan və bir milyondan artıq vəhşi heyvan, o cümlədən şir, timsah, kərgədan və hətta fil qətlə yetirilmişdir.
Əgər bu dairəvi tikilinin fəaliyyət müddətini 200 il hesab etsək, sadə bir hesablama ilə gündəlik qurbanların sayını müəyyən etmək mümkündür.
200 il, 365 gün hesabı ilə 73 min gün edir. Əgər 500 mindən artıq insanın öldürüldüyünü nəzərə alıb bu rəqəmi 73 minə bölsək, təxminən 6,8 nəticəsi alınır.
Bu isə o deməkdir ki, iki əsr boyunca hər gün orta hesabla 6–7 insan yalnız tamaşa və əyləncə üçün öldürülmüşdür.
Qərb mənbələrinin bildirdiyinə görə, həmin məkanda bir milyondan çox vəhşi heyvan da qətlə yetirilmişdir. Bu hesaba əsasən, 200 il ərzində hər gün orta hesabla 12–13 vəhşi heyvan öldürülmüşdür.
Müasir Qərb düşüncəsinin fəlsəfi, ictimai, iqtisadi və siyasi əsaslarının qədim Yunanıstan və Roma təfəkkürünə söykəndiyini nəzərə alsaq, insanları öldürməyin və bunu öz mövcudiyyətini qorumaq vasitəsinə çevirməyin xüsusilə ABŞ-da adi bir siyasət üsuluna çevrilməsi təəccüblü görünmür.
Çikaqo Universitetinin tanınmış siyasi nəzəriyyəçisi və professoru Con Mirşaymer etiraf edib ki, amerikalılar 1971–2021-ci illər arasında, yəni 50 il ərzində dünyanın müxtəlif bölgələrində 38 milyondan çox insanın ölümünə səbəb olublar.
38 milyonu 50 ilə böldükdə qorxunc bir rəqəm — illik 760 min nəfər ortaya çıxır. Bu isə o deməkdir ki, amerikalılar hər il yüz minlərlə insanın ölümünə səbəb olmuşlar.
Sual yaranır: bu qədər dəhşətli statistika qarşısında Qərbin “insan haqları müdafiəsi” iddialarına necə inanmaq olar?
İran xalqı arasında məşhur olan ifadə ilə desək: “Gözlə gördüklərimizə inanaq, yoxsa sizə?”
Ağıllı və düşüncəli insanlar üçün gizli deyil ki, Qərb mədəniyyətinin simvolu sayılan romalılar insanları əyləncə üçün öldürdükləri dövrdə, sivil və alim İran xalqı “Kuruşun insan haqları” prinsiplərini yazırdı.
Ətraflı nəticəni isə bu qısa müqayisədən anlamaq mümkündür.
Ə. Ücarudi
Bu mövzu ilə bağlı Çikaqo Universitetinin siyasi elmlər professoru Con Mirşaymerin video çıxışına baxın:
Rəyiniz